Ermənistan

Rusiya XİN-dən Ermənistanda baş verənlərə reaksiya

6 May 2022 15:12
Baxış: 1 468
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Ermənistanda baş verən etirazları İrəvanın daxili işi adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiyanın Ermənistanın sabitliyində və dinc inkişafında maraqlı olduğunu və bütün mübahisəli məsələlərin dialoq müstəvisində həll edilməli olduğunu vurğulayıb.

"Rusiya əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək", - rusiyalı diplomat vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.