Ermənistan

"Moody's" Ermənistanın reytinqləri üzrə proqnozu endirib

25 Mart 2022 17:30
0 Şərh     Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Moody's Investors Service" ("Moody's") beynəlxalq reytinq şirkəti Ermənistanın yerli və xarici valyutada emitentin uzunmüddətli defolt və xarici valyutada, eləcə üstün hüquqa malik təminatsız reytinqlərini "Ba3" səviyyəsində təsdiqləsə də, reytinqlər üzrə proqnozu "stabil"dən "mənfi"yə endirib.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, mənfi proqnoza səbəb olan amillər arasında Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını nəzərə alaraq, Rusiya iqtisadiyyatı üçün perspektivlərin kəskin zəifləməsinin təsiri nəticəsində Ermənistanın yaxın və uzunmüddətli inkişaf perspektivinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə bağlı artan risklər göstərilir.

Bundan əlavə, "Moody's" qeyd edir ki, zəif iqtisadi artımın ölkənin fiskal profilinə mənfi təsir göstərəcəyi və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda geosiyasi risklərin artımı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.