Trampdan Avropa liderlərinə tələb: Rusiyadan neft almayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp, Avropa liderlərinə Rusiyadan neft almamaları və iqtisadi təzyiq göstərmələri barədə çağırış edib. Ağ Evdən verilən açıqlamada, Avropanın Rusiyadan aldığı neftin müharibəni maliyyələşdirdiyi və bu vəziyyətin müharibənin bitməsi istiqamətindəki səylərə mane olduğu bildirilib.
Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün təşkil edilən "Gönüllülər Koalisiyası" toplantısına Ağ Evdəki ofisindən qoşulan Tramp, Rusiyanın son bir il ərzində Avropa İttifaqına yanacaq satışından 1,1 milyard avro qazandığını xatırladıb.
Tramp Avropanın, Rusiyanın müharibə səylərini maliyyələşdirən neft alışını dərhal dayandırmalı olduğunu bildirib. O, həmçinin Avropa liderlərini Rusiyaya dəstək verdiyi üçün Çinə qarşı da iqtisadi təzyiq göstərməyə çağırıb.
Ağ Ev rəsmisinə görə, görüş Avropa liderləri arasında Ukrayna-Rusiya müharibəsi ilə bağlı ciddi fikir ayrılıqlarını da üzə çıxarıb. Yetkili, Avropa ölkələrinin fərqli mövqelərinin sülh səylərini zəiflətdiyini vurğulayıb.
Rəsmilər, ABŞ-nin okeanın o tayında baş verən müharibəyə sürüklənmək istəmədiyini bildirərək, Trampın son açıqlamalarını da xatırladıb. O, bu müharibədən yalnız sabiq prezident Co Baydenin deyil, həm də Ukrayna lideri Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını qeyd edib.
Ağ Ev rəsmisi əlavə edib ki, Tramp Avropa liderləri və Zelenski ilə telefon danışıqlarından sonra, Rusiyaya dair yaxın zamanda yeni açıqlama verəcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
XƏBƏR LENTİ
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb





