Dünya

Saakaşvili Ukraynanın Gürcüstandakı səfiri ola bilər?

23 Yanvar 2017 16:16
1 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, petisiya ukraynalı fəal Oleq Yermoxin tərəfindən 2017-ci ilin yanvarın 19-da yerləşdirilib.

"Mixail Saakaşvilinin Gürcüstandakı islahatlar sahəsində təcrübəsini, eləcə də hazırda Ukrayna vətəndaşı olduğunu nəzərə alaraq, onun Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin etməyi təklif edirəm", - petisiyanın mətnində deyilir.

Dörd gün ərzində petisiyanı 115 nəfər imzalayıb.

Ukrayna hakimiyyətinin petisiyanı nəzərdən keçirməsi üçün üç ay ərzində 25 min imza toplamaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.