ABŞ-ın artıq yeni prezidenti var. Donald Tramp bu gün inauqurasiya mərasimində təntənəli şəkildə and içib.
Milli.Az CNN-ə istinadən bildirir ki, mərasimə 70 yaşlı D.Trampın qızları İvanka və Tiffani də qatılmışdılar.
35 yaşlı İvankanı əri, 36 yaşlı Cared Kuşner müşayiət edirdi.
Tiffani mərasimə sevgilisi, demokrat Ross Mekaniklə yollanmışdı.
Donald Trampın oğlu Donald xanımı Vanessa və iki övladı, digər oğlu Erik isə xanımı Lara isə birlikdə mərasimdə idilər.
İş adamı İvanka Tramp üç övlad anası olmaqla yanaşı, səxavətli filantrop və uğurlu yazıçıdır.
Donaldın Trampın böyük qızına inamı hədsizdir: o, "Trump Organization"ın ən önəmli sövdələşmələrinin imzalanmasınnı məhz İvankaya həvalə edir.
Bəzi iddialara görə, Trampın xanımı Melanya yox, qızı İvanka Ağ Evin yeni sahibəsi olacaq.
Milli.Az