Dünya

Böyük Britaniyanın baş naziri yenə qadın ola bilər

30 İyun 2016 08:35
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
 
Partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb.
 
Qəzetin yazdığına görə, böyük ehtimalla  Tereza Meyin baş nazir postu uğrunda əsas rəqibi sabiq London meri Boris Conson olacaq.
 
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron yaxın aylarda istefa verəcəyini açıqlayıb. O, ölkənin Avropa İttifaqından çıxması ilə  bağlı referendumun nəticələrinin elan olunmasından sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.