Dünya

Moskvada böyük partlayış xofu - VİDEO - FOTO

13 Fevral 2016 20:34
0 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya paytaxtı Moskvada yerləşən üç iri ticarət mərkəzində - "Afimoll-siti", "Atrium" və "Belaya daça"da müştəriləri evakuasiya ediblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə zamanı obyektlərdən bir neçə min müştəri çıxarılıb. Rusiya xəbər agentlikləri evakuasiyanın partlayış qorxusu altında baş verdiyini bildirib.

Rus KİV-lərinin yazdığına görə, Moskva ətrafı dairəvi yolun yaxınlığında yerləşən "MEQA Belaya daça" ticarət mərkəzinə terror hücumu ilə bağlı məlumat daxil olub. Kursk vağzalının yaxınlığında yerləşən "Atrium"dan və "Afimoll Siti"dən də evakuasiyanın "texniki səbəbdən" gerçəkdəşdirildiyi bildirilir.
"Afimoll Siti"də "Miss Rossiya" gözəllik müsabiqəsinin kastinqi keçirilməli idi. Rusiya mətbuatı hər üç ticarət mərkəzində şübhəli əşyaların tapıldığını bildirir. Həm "MEQA Belaya daça" ticarət mərkəzinə, həm də "Afimoll Siti"yə ərazidə bomba olması ilə bağlı telefon zəngi gəlib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində təcili yardım maşınları və yanğınsöndürənlər növbə tutublar.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Moskvada böyük partlayış xofu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.