Dünya

Türkiyədə azərbaycanlı tələbəni maşın vurdu

26 Noyabr 2015 16:52
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində yol-nəqliyyat hadisəsi baş verib, azərbaycanlı tələbə xəsarət alıb.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, On doqquz Mayıs Universitetində təhsil alan azərbaycanlı tələbə Aytən Ağabəyovanı avtomobil vurub. Ağır bədən xəsarətləri alan 24 yaşlı qız dərhal təhsil aldığı universitetin Tibb Fakültəsinin Xəstəxanasına çatdırılıb. Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır olsa da, həyatına təhlükə yoxdur.

Qeyd edək ki, A.Ağabəyova universitetin İqtisadi və İdarəçilik Elmləri Fakültəsində təhsil alır. O, yol kənarında dayandığı zaman qarajdan çıxan avtomobillə vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.