Dünya

Olland Türkiyə və Suriya arasında sərhədi bağlamağa çağırıb

25 Noyabr 2015 08:02
2 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçuların Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə və Suriya arasında sərhəd bağlanmalıdır. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Olland Vaşinqtonda amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra mətbuat konfransında bildirib. 

"Türkiyə və Suriya arasında sərhəd təcili bağlanmalıdır ki, terror aktı törətmək istəyən terrorçuların heç biri Avropaya keçə bilməsin", deyə Olland bildirib.
 
İŞİD-lə mübarizəyə toxunan Fransa prezidenti terrorçulara hərtərəfli zərbələr endirmək lazım olduğunu bildirib: maliyyə mənbələrindən məhrum etmək, liderlərini izləyib məhv etmək, şəbəkələrini ifşa edərək zərərsizləşdirmək və zəbt etdikləri ərazilərdə nəzarəti bərpa etmək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.