Dünya

Rusiya Türkiyəni gözləyir

4 Sentyabr 2015 21:41
0 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Energetika naziri Aleksandr Novak "Türk axını" ilə bağlı açıqlama verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Türkiyədə yeni hökumətin formalaşacağına qədər "Türk axını" qaz kəməri layihəsinin inşası ilə bağlı hər hansı hökumətlərarası saziş imzalanmayacaq", - deyə nazir bildirib.

Novak, həmçinin, əlavə edib ki, Rusiya sabah da danışıqları davam etdirməyə və hökumətlərarası sazişə düzəlişlərin edilməsinə hazırdır. Lakin, Türkiyənin başı seçkilərə qarışdığı üçün, çətin ki, onlar bunu seçkilərə, yəni yeni hökumətin formalaşacağına qədər etsinlər", - deyə nazir əlavə edib.

Aleksandr Novak KİV-nin Ukraynanın Qazpromdan avans xahiş etməsi məsələsinə də aydınlıq gətirib.

O, açıqlama verərək bildirib ki, Ukrayna qazla bağlı nə Rusiyaya, nə də Qazproma müraciət etməyib.

"Bu məlumat KİV-ləri ilə yayılıb, amma bu təsdiqini tapmayıb. Ukrayna tərəfi də, eləcə də, Qazprom da rəsmi heç bir müraciət almayıb", - deyə Rusiya Federasiyasının energetika naziri Novak "Rossiya 24" kanalına müsahibəsində deyib.

Növbəti nəticəsiz üçtərəfli qaz danışıqlarından sonra iyunun 30-da Ukrayna Rusiyadan gələn qazı dayandırıb, indi yalnız qazı Avropadan alır. Lakin qışa qədər qazın alınması üçün fəal vasitələr axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.