Dünya

Şok! 3 yaşlı İŞİD-çi baş kəsir - VİDEO - FOTO

26 Avqust 2015 10:33
12 Şərh     Baxış: 4 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq terrorçu qruplaşmanın silahlısı olaraq fəaliyyət göstərmək üçün yetişdirilir.

Daima qeyri-adi qadağalar və edam formaları ilə gündəmə gələn İŞİD terror qruplaşmasının üzvləri sosial şəbəkələrdə yeni bir video paylaşıb.

Anspress-in məlumatına görə, videoda təxminən 3 yaşında bir uşaq əlində bıçaqla bir gəlinciyin başını kəsir.

Uşaq xüsusi geyimi və qruplaşmanın ən qeyri-adi edamlarını həyata keçirən "Cihadçı John" ləqəbli terrorçu kimi əlini göyə qaldıraraq qələbə işarəsi verməsi diqqət çəkib.

Videoda görünməyən bir neçə silahlının uşağın gəlinciyin başını kəsdiyi zaman "Təkbir" gətirdiyi eşidililir. 

Bundan əvvəl də İŞİD terror qruplaşması tərəfindən qurulan məktəblərdə uşaqlara zorla baş kəsmə görüntüləri və işgəncə təbiq etmə üsulları göstərilirdi. Uşaq yaşlarından "cihad" ideologiyası ilə böyüyən həmin "qurbanlar" sonradan terrorçu qruplaşmanın silahlısı olaraq fəaliyyət göstərmək üçün yetişdirilir. 

Bu cür və özlərinə sərf edən informasiyalarla uşaqların beyinlərini dolduran terrorçular, beləcə uşaqları öz aralarına daxil edirlər. 

İŞİD bir müddət bundan əvvəl yaydığı videoda isə bir uşağın Suriya əsgərinin başını necə kəsdiyi açıq-aydın görmək olur. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.