Dünya

Şəhər qana boyandı: 33 ölü, 100 yaralı

18 Aprel 2015 12:56
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın şərqində, Cəlalabad şəhərində terror hadisəsi baş verib

APA-nın xəbərinə görə, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb. Hadisə nəticəsində 33 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

Terror hadisəsi səhər saatlarında dövlət qulluqçularının maaşlarını aldığı bankın binası qarşısında baş verib. Polisin ilkin ehtimalına görə, hadisəni terrorçu-kamikadze törədib. Lakin hələlik onun partlayıcı maddəni avtomobilə, yoxsa özünə bağladığı məlum deyil.

Həlak olanların kimliyi dəqiqləşdirilir. Polis insanların xəsarət alanlara yardım etdiyi zaman ikinci partlayışın törədildiyi barədə də məlumatı dəqiqləşdirir.

Hazırda Əfqanıstanda ABŞ-ın 10 min, NATO-nun digər ölkələrinin 3 min hərbçisi var. ABŞ-ın planına əsasən, 2015-ci ilin sonuna kimi Əfqanıstanda 5 min amerikalı hərbçi qalmalı, 2016-cı ilin sonuna kimi isə bütün əcnəbi hərbçilər ölkədən çıxarılmalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.