Ermənistan paytaxtı yanvarın 29-da daha bir etiraz aksiyasının şahidi olacaq. "Aravot" qəzeti yazır ki, ATƏT-in İrəvandakı ofisi qarşısında təşkil olunacaq aksiya "ATƏT - Azərbaycanın təcavüzünün susqun sponsoru" devizi altında keçiriləcək.
Anspress-in xəbərinə görə, aksiyanın təşkilatçısı siyasi şərhçi Karen Vardanyandır. O, qəzetin müxbirinə deyib ki, məhz etiraz aksiyanın keçirilməsi haqqında qərar indi qəbul edilib. Çünki hər gün atəşkəs rejiminin pozulması halları ilə qarşılaşırıq, amma ATƏT və onun Minsk qrupu susqun və hərəkətsiz dayanır. Çoxları Ermənistanı və Rusiya tərəfini ittiham edirlər, amma heç kim ATƏT-i ittiham etməyə cürət göstərmir".
Ermənilərin bu aksiyanı keçirməsi səbəbsiz deyil. Belə ki, son günlər təmas xəttində yaşanan gərginlik nəticəsində Ermənistan ordusunun böyük sayda itki verməsi onları bu addımı atmağa məcbur edir. Dünənə kimi, ATƏT-i və Minsk qrupunu tərifləyən "erməni başbilənləri" indi bu təşkilata qarşı etiraz səsi ucaldırlar. Deyəsən, indi pişiyin quyruğu qapı arasında qalıb...
Ümumiyyətlə, Ermənistandakı etiraz aksiyaları bununla bitmir. Ötən gün etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar prezident Serj Sarkisyana 24 saat vaxt veriblər. Həmçinin nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Nümayişçilərin bir qısmi BMT ofisinə tərəf gediblər.
Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. İnsanlar İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Lukaşenkonun SSRİ qoşunlarında xidmət etdiyi dövrdən fotoları paylaşıldı - FOTO
- Gürcüstan DİN: Etirazçılara rezin güllələrdən istifadə edilməyib
- Ermənistan hakimiyyəti indi də onlara yalvarır
- “Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var" - Paşinyan
- Növbəti böyük addım: Makronun qoşun göndərmək ideyası...
- Tiflisdə yeni aksiya: xüsusi təyinatlılar ərazidən geri çəkildi...
XƏBƏR LENTİ
- Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO
- Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
- 18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - VİDEO - FOTOlar
- Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız
- “Dedim ki, Kamran, mən sənin atanam, məni vurma”
- Kartof bişirilərkən edilən SƏHV - Evdar qadınların çoxu bilmir
- Lukaşenkonun SSRİ qoşunlarında xidmət etdiyi dövrdən fotoları paylaşıldı - FOTO
- Gürcüstan DİN: Etirazçılara rezin güllələrdən istifadə edilməyib
- Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr
- Ermənistan hakimiyyəti indi də onlara yalvarır
- 22 yaşında 610 kiloqram ağırlığında: Dünyanın ən ağır adamının hekayəsi - FOTO
- Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...
- Günün qoroskopu: Şərtlərin əlverişli axarı göz qarşısındadır.
- İtinizi bu qidalardan UZAQ TUTUN
- Fəlsəfə doktoru vəfat etdi - FOTO
- Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər
- “Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var" - Paşinyan
- İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - FOTO
- Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub - FOTO
- DİQQƏT! Yuxusuzluq insanı 4 yaş qocaldır
- Növbəti böyük addım: Makronun qoşun göndərmək ideyası...
- Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
- Bakı metrosunda qorxulu anlar: Gənc oğlan qatar yoluna düşdü - ANBAAN VİDEO
- Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləməməyə başlayıb