Dünya

Türkiyədə İran vətəndaşları "Qurani Kərim"i yandırdılar

24 Yanvar 2015 13:24
3 Şərh     Baxış: 3 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Türkiyənin Manisa vilayətində cümə namazından sonra ikisi qadın, biri kişi olmaqla 3 nəfər İran vətəndaşı "Qurani Kərim"i məscidin qarşısında yandırıb.

Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.

Məlumata əsasən, iranlılar tərəfindən Quranın yandırılması vətəndaşların hiddətinə səbəb olub və nəticədə iranlılarla vətəndaşlar arasında insident yaşanıb.

İnsident polisin müdaxiləsi ilə sakitləşib və İran vətəndaşları həbs olunublar.

Polisə verdikləri izahatda İran vətəndaşları qeyd ediblər ki, bu addımı atmaqla onlar Avropanın diqqətini cəlb edərək orada siyasi sığınacaq almaq istəyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb. İranlıların öz ölkəsinə təhvil verilməsi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.