Dünya

Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham etdi

24 Oktyabr 2014 20:05
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib

APA-nın "Russia Today"a istinadən verdiyi xəbərə görə, V.Putin "Valday" forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton dünyanı öz maraqlarına uyğun formalaşdırmağa çalışır.

Rusiya Prezidenti ABŞ-ı ekstremist qrupları maliyyələşdirməkdə də günahlandırıb. "Tərəfdaşlarımız yenidən eyni səhvlərə yol verirlər. Bir zamanlar onlar Əfqanıstanda SSRİ-yə qarşı islamçı ekstremist qüvvələri maliyyələşdirirdilər. Elə bu səbəbdən "Taliban" və "Əl-Qaidə" yarandı", - deyə o vurğulayıb.

V.Putin, həmçinin Qərbin Rusiya və Orta Asiya ölkələrində baş qaldıran beynəlxalq terror təhdidlərinə göz yumduğunu deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.