Dünya

Van Damm İstanbulda jurnalistləri döydü - FOTO

23 Oktyabr 2014 13:52
30 Şərh     Baxış: 6 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İçib dəliyə döndü

51-ci "Qızıl portağal" film festivalına qatılmaq üçün Türkiyəyə gedən tanınmış aktyor Van Damm İstanbulu bir-birinə qatıb.

Ailem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün İstanbulda qalan ulduz əylənmək üçün gəldiyi "Reina" gecə klubunu bir-birinə qatıb. İçkinin miqdarını artıq etdiyi üçün sərxoş olan aktyor çəkildiyi filmlərdəki döyüş bacarıqlarını sərgiləməkdən çəkinməyib.

Ayaqda durmaqda çətinlik çəkən ulduz əlindəki spirtli içki şüşəsini yerə vurub sındırıb. Ardınca isə dizi üstə çökərək ünvansız söyüşlər söyüb.

Köməkçiləri restoranın içində sakitləşməyən aktyora masaj edərək onu sakitləşdirməyə çalışıblar. Ulduz birgə əyləndiyi türk qızların üzərinə bir neçə dəfə qışqıraraq onları təhqir edib.

Dəliyə dönən Van Damm hirsini fotomüxbirlərdən çıxarmağa çalışıb.

Müxbirlərdən birinə təpik atan Van Damm, bu təpiyi boşa gedincə, digər müxbirin üzərinə düşüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.