Dünya

Ermənistan Krımla hava əlaqəsi quracaq

23 Oktyabr 2014 11:36
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qroznıy Avia" aviaşirkəti noyabrın 16-dan Simferopol-Yerevan marşrutu üzrə uçuşlara başlamağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "İnterfaks"a tanınmamış Krım respublikasının nəqliyyat naziri Anatoli Tsurkin məlumat verib.

Onun sözlərinə görə, bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra "Simferopol" aeroportundan ikinci beynəlxalq aviamarşrut olacaq. Bununla yanaşı, iyulda başlayan Simferopoldan İstanbula çarter reyslərindən fərqli olaraq, Simferopol-Yerevan marşrutu üzrə biletləri istənilən sifariş sistemində almaq olar.

Tsurkin bildirib ki, yeni istiqamətdə biletlərin satışına cümə axşamı başlanacaq.

Qeyd edək ki, Ukrayna aviaşirkətləri bu ilin martında Krımın Rusiyaya birləşdirilməsindən sonra Krıma uçuşları dayandırıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.