Dünya

Moskvada ermənilərə belə sənəd verirlər? - FOTO

22 Oktyabr 2014 15:50
3 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvada ermənilərə verilən sürücülük vəsiqələrində doğum yeri kimi Dağlıq Qarabağ göstərilir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Facebook sosial şəbəkəsinin erməni istifadəçilərindən biri həmin sürücülük vəsiqəsinin fotosunu paylaşıb. 

Fotodan da görünür ki, adam 1973-cü ildə doğulub. Aydın məsələdir ki, o, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) dünyaya gəlib. Bütün beynəlxalq qanunlara və normalara əsasən, sənədin müvafiq yerində "Dağlıq Qarabağ" deyil, "Azərbaycan" sözü yazılmalı idi. Fotonu paylaşan erməni istifadəçi iddia edir ki, moskvalı məmurları inandıra bilib ki, Dağlıq Qarabağ, doğrudan, Azərbaycana bağlılığı olmayan ayrıca "dövlətdir". Qəribədir, deyilmi?

Erməninin xəstə təxəyyülünü başa düşmək olar. Bu xəstəliyin müalicəsi yoxdur. Bəs bu erməninin "inandırdığı" moskvalı məmurlar hara baxırdılar? Eyni məntiqlə kimsə gəlib "Mən Blefusku"da ("Hulliverin macəraları" əsərində lilliputlar ölkəsi) doğulmuşam", - deyə bilərdi. Ya da Şambalada dünyaya göz açdığını iddia edərdi. Onu da sənədə yazacaqdılar? 

Görünən odur ki, bu adamın sürücülük vəsiqəsi də, pasportu da saxtadır. Dünyanın heç bir ölkəsində keçərli deyil. Çünki dünyada "Dağlıq Qarabağ" adlı dövlət yoxdur. 

Ancaq... Əgər Rusiyanın Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının siyasi savadsızlığı nəzərə alındıqda, sıravi polis inspektorlarından nə gözləmək olar ki? 

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.