Dünya

Azərbaycanda neft çıxaran şirkətin prezidenti diri-diri yandı - YENİLƏNİB - VİDEO - FOTO

21 Oktyabr 2014 15:00
9 Şərh     Baxış: 13 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:00

Paris prokurorluğu "Total" şirkətinin rəhbəri Kristof de Marjerinin faciəvi ölümü ilə əlaqədar cinayət işi açıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Fransanın Aviaqəzaların araşdırılması bürosu qəzanın səbəblərini öyrənmək üçün 3 ekspertini Moskvaya göndərir.

---------
14:40

İstintaqın məlumatına görə, "Vnukovo" aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkov saxlanılıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "İnterfaks" agentliyinə onun vəkili Aleksandr Karabanov məlumat verib.

Vəkil bildirib: "O saxlanılıb və hazırda istintaq aparılır".

Onun sözlərinə görə, istintaq qartəmizləyən maşının sürücüsünün həbs edilməsi barədə vəsatət qaldıracaq.

Çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - Kristof de Marjeri, pilotlar və stüardessa - həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

---------
11:42

"Vnukovo" aeroportunda kiçik mühərrikli "Falkon" təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü sərxoş olub. Trend-in İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda şəxsi təyyarə qartəmizləyən maşınla toqquşub. Nəticədə dörd nəfər - bir sərnişin (sonradan onun "Total" neft şirkətinin rəhbəri Kristof de Marjeri olduğu bilinib), pilotlar və stüardessa həlak olub.

İK-nın Nəqliyyat şöbəsinin rəhbəri İvan Sibul bildirib: "Əsas səbəb kimi idarəetmədə səhv, aeroportun ərazisində nəqliyyatın hərəkət qaydalarının pozulması, həmçinin dispetçer xidmətinin hərəkətində səhvlər nəzərdən keçirilir. Bundan başqa, hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu da istisna edilmir".

Marjeri bir gün əvvəl Rusiyanın baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş xarici investisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak edib.

63 yaşlı Marjeri "Total" şirkətinə 1974-cü ildə gəlib və 2007-ci ildə onun rəhbəri postunu tutub. O, dünya neft biznesində mühüm fiqur hesab edilirdi.

---------
09:47

Fransanın Total neft-qaz konserninin prezidenti, 63 yaşlı Kristof de Marjeri Rusiyanın paytaxtı Vnukovo hava limanında qəzaya uğramış özəl "Falcon 50" reaktiv təyyarəsinin yeganə sərnişini idi.

Təyyarənin 4 nəfərlik heyəti də qəzada həlak olub.

Milli.Az AFP-yə istinadən bildirir ki, Moskva-Paris marşrutu ilə uçmağa hazırlaşan təyyarə uçuş-enmə zolağında qartəmizləyən avtomobillə toqquşub.

Total neft-qaz konserninin prezidenti və direktorlar şurasının sədri Kristof de Marjeri (Christophe de Margerie) 1951-ci ildə anadan olmuşdu.

O, 1974-cü ildə Paris Ali Kommersiya Məktəbini (Ecole Superieure de Commerce de Paris) başa vurandan sonra Total-da işləməyə başlayıb, konsernin maliyyə departamenti, daha sonra isə karbohidrogenlərin kəşfiyyatı və hasilatı departamentində çalışıb.

1995-ci ildə Kristof de Marjeri konsernin Yaxın Şərq ölkələri üzrə bölməsi olan Total Middle East-in, 1999-cu ildə isə konsernin idarə heyətinin üzvü, habelə karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsinin rəhbəri olmuşdu.

2000-ci ildə o, yeni yaradılmış "TotalFinaElf" konserninin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti təyin edilib.

2002-ci ilin yanvarında Marjeri "TotalFinaElf"in kəşfiyyat və hasilat üzrə prezidenti olub.

2006-cı ildə o, "Total"ın direktorlar şurasının üzvü, 2007-ci ilin fevralında isə konsernin direktorlar şurasının sədri və prezidenti təyin olunmuşdu.

Üç övlad atası Kristof de Marjeri Fransanın "Legion d-Honneur" və "Ordre National du Merite" ordenləri ilə təltif edilmişdi.

---------
08:59

Moskvanın "Vnukovo" hava limanında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" yayıb.

"Falkon 50" təyyarəsi uçuşa qalxarkən rotor maşını ilə toqquşub, yanğın başlayıb.

Moskvanın "Vnukovo" aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters" agentliyi məlumat yayıb. 
 
"Bu gecə "Falkon" tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub.  Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin "Total" şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm", - deyə  "Vnukovo" aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.
 
Aeroportun fəaliyyəti artıq bərpa olunub.
 
Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.
 
Milli.Az

----------
11:04

Videoları izləmək üçün şəkillərə klikləyin.






-----------
09:32

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.