Dünya

Hər beş saata bir nəfər Ebolaya yoluxur

2 Oktyabr 2014 15:44
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Afrikada Ebola virusunun yayılma sürəti katastrofik həddə çatıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Ebolanı beynəlxalq təhlükə hesab edib.

Avstraliyada fəaliyyət göstərən Syerra-Leone xeyriyyə fondu isə Ebola virusunun yayılma sürətini açıqlayıb. Afrikada hər beş saatda bir nəfər Ebolaya yoluxur. Fondun nümayəndəsi MakQillivrey bildirib ki, artıq virusun yayılmasına nəzarət edə bilmirlər.

Hazırda bütün dünyadakı hava limanlarında virusa qarşı təhlükəsizlik tədbirləri gücləndirilir. Afrikadan olan reyslərə xüsusi diqqətlə yanaşılır. Yüksək hərarət virusun ilkin əlaməti kimi qiymətləndirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.