Dünya

Miqrantlar ən inkişaf etmiş şəhəri gecəqondu yurduna çevirdilər

2 Oktyabr 2014 14:43
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rumıniyadan olan 30 nəfər miqrant Londonun Enfild rayonundakı kanalın kənarında gecəqondular tikib. Milli.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, yerli sakinlər bu cür natəmizlikdən və gələn qoxudan qeyzə gəliblər.

15 ədəd gecəqondu tikən rumınlar mətbuata bildiriblər ki, Londona üç ay öncə işləmək üçün gəliblər. Onlar Milad bayramına qədər vətənə dönmək barədə düşündüklərini deyiblər.

Onlar öz daxmalarını əl altında olan, zibillikdən tapdıqları materiallarla tikiblər.

Yaxınlıqda ayaqyolu olmadığı üçün, ərazidə çox pis qoxu yaranıb. Enfild rayonunun yerli sakinləri bildirirlər ki, bu cür yerləşmə ekologiyaya da ziyandır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.