Dünya

İŞİD Suriyada partlayış törətdi: ölənlər var

17 Sentyabr 2014 10:12
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaralılar isə dərhal Türkiyənin Kilis vilayətində xəstəxanaya çatdırılıblar

Suriyanın Hələb şəhərinin Azəz rayonunda partlayış törədilib.

Anspress-in məlumatına görə, avtomobilə yüklənmiş partlayıcının işə düşməsi nəticəsində azı 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar dərhal Türkiyənin Kilis vilayətində xəstəxanaya çatdırılıblar. Məlumata görə, partlayış İŞİD terrorçu qruplaşması tərəfindən törədilib.

Hazırda İraq və Suriyada fəal olan qruplaşmaya qarşı beynəlxalq səviyyədə mübarizə gedir.

Birləşmiş Millətlər Təşkilatı nəzdində Suriya üzrə müstəqil araşdırma komissyasının sədri Paulu Serxio Pinyeyru bu ölkədə baş verən zorakılıqlarla bağlı məruzə səsləndirib. Pinyeyru bildirib ki, İŞİD silahlılarının Suriyada törətdiyi vəhşilikləri sözlə təsvir etmək qeyri-mümkündür.

"Təssüf ki, hər gün daha da pisləşən müharibə zorakılıqları barədə məruzə verməkdən başqa seçimim yoxdur. İŞİD qətliamlar törədib. Xüsusilə Homs vilayətindəki əş-Şar qaz yataqları ərazisində və iyul və avqust aylarında Ər-Rəqqa şəhərində yüzlərlə hökumət qüvvələrini ələ keçirərək onları qətlə yetirib. Bu qruplaşma qəsdən azyaşlıları da zorakılıqlara vadar edir. Onları qətllərə şahid olmağa və özlərini də qətllər törətməyə məcbur və təhrik edirlər", - Pinyeyru qeyd edib.

BMT ekspertlərinin hesablamalarına görə, Suriyada müharibə başladıqdan bəri ölənlərin sayı 191 mini keçib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.