Dünya

Ermənilər qaçırlar

31 İyul 2014 20:15
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMT-nin Humanitar Fondunun məlumatına görə, əsrin sonunda Ermənistanda 750 min sakin qalacaq, onların faiz nisbətində nə qədərinin erməni olacağı isə hələ məlum deyil. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə sosioloq Aqaron Aqabekyan "Miqrasiyanın coğrafiyası" mövzusu üzrə sorğunun nəticələrini təqdim edərkən deyib.

Onun sözlərinə görə, potensial miqrantların sayı üzrə birinci yeri Kotayk vilayəti tutur: "Buna səbəb Kotaykın urbanizasiya olunmuş şəhər olmasıdır. Vaxtilə burada onlarla zavod işləyib, hazırda isə işləmir. Yeganə ümid yeri miqrasiyadır".

Sosioloq qeyd edib ki, ölkəni daha çox tərk etməyə hazır olduqlarını Vayots Dzor, sonra isə Armavir və Araqatson sakinləri ifadə ediblər: "Belə olan halda ölkə əhalisinin 40 faizinin potensial miqrant olduğu üzə çıxır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.