Dünya

“Boko Haram” şəhər tutdu

30 Oktyabr 2014 22:30
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boko Haram" terror qruplaşması Nigeriyanın şimal-şərqindəki Mubi şəhərini ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, hücum zamanı silahlılar onlarla sakini qətlə yetirib. Minlərlə insan qonşu rayonlara qaçmağa məcbur olub. Məlumata görə, "Boko Haram" silahlıları yerli icra hakimiyyəti binasının damına qara bayrağını sancıb.

Qeyd edək ki, "Boko Haram" silahlıları bir neçə gün əvvəl Borno ştatında Kukava şəhərinə hücum edərək, onlarla sakini qətlə yetirib, yerli bazarı, polis idarəsini, xeyli sayda avtomobil və bir neçə inzibati binanı tamamilə yandırıblar.

Məlumata görə, əhali terrorçuların nəzarətinə keçmiş əraziləri kütləvi şəkildə tərk etməkdə davam edir. Adamava, Borno və Yobe ştatlarında fövqəladə vəziyyət elan edilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.