Dünya

Səhabələrin qəbirləri üzərində itlər üçün park salınır - FOTO

24 Aprel 2014 18:11
5 Şərh     Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsrail rejimi "Məmənullah" adlı tarixi qəbiristanlığın yerində park salmaq üçün nəzərdə tutulan planını açıqlayıb.

Milli.Az İslam.az-a istinadən bildirir ki, 14 əsrdən çox tarixi olan bu qəbiristanlıq dəfələrlə yəhudilər tərəfindən hörmətsizliyə məruz qaldıqdan sonra indi də üzərində park salınması nəzərdə tutulub.

Layihəyə görə, 200 hektar ərazisi olan qəbiristanlığın yerində ümumi parklar, restoranlar, itlərin gəzdirilməsi üçün xüsusi park və əyləncə məkanları inşa ediləcək. Qərar fələstinli müsəlmanların etirazına səbəb olub.

Qəbiristanlıqda Übad ibn Samit kimi bir çox Peyğəmbər (s) səhabəsi ilə yanaşı çoxlu sayda İslam dünyasının tanınmış insanlarının da məzarları bu qəbiristanlıqdadır.

Qeyd edək ki, "Azadlıq Parkı" adlancaq bu parkın tenderini livanlı iş adamının Dubayda qeydiyyatda olan şirkəti qazanıb. Onun adı açıqlanmır. Parkın Qüdsün işğal olunduğu gün istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.