Dünya

"Sivilizasiya yox olacaq!"

22 Mart 2014 11:25
2 Şərh     Baxış: 10 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sivilizasiya yaratdığı sistemin əbədi olduğunu düşünür və inamlı addımlarla çöküşə doğru irəliləyir"

NASA-nın araşdırmalarına görə, 50 il ərzində dünya sivilizasiyası yoxa çıxacaq. Milli.Az anspress-ə istinadən xəbər verir ki, bunun səbəblərini açıqlayan NASA rəsmiləri ilk səbəb kimi dünyada gəlir paylaşımındakı ədalətsizliyi göstərib. Təbii sərvətlərin sürətlə yoxa çıxığını deyən NASA rəsmiləri bunların yeniləri ilə əvəzlənmədiyini bildirib:

"Əhalinin sürətlə çoxalması enerji və su mənbələrinin daha çox istehlakına səbəb olur. İqlim dəyişikliyi torpağın məhsuldarlığını azaldır, təbii fəlakətlərin çoxalmasına səbəb olur. Texnikanın inkişafı isə problemin həllindən çox uzaqdır. Təbii sərvətlərin daha çox istehlakına təkan verən texnika bu prosesi sürətləndirir. Bundan başqa mənbələrin əksəriyyəti az sayda olan elitlərin əlindədir. Nəticə olaraq elitlər varlandıqca kasıblar daha da kasıblaşır".

Buna nümunə kimi yox olmuş Roma, Hun və Mesopotamiya mədəniyyətlərini göstərən mütəxəssisilər tarixin axışında hər 500 ildən bir baş verən sosial iqtisadi böhranın ən inkişaf etmiş mədəniyyətləri də yox etdiyini bildirib.

Bundan başqa keçmişdən ibrət almayan insanların tarixi səhvləri təkrarladığı vurğulanıb.

"Sivilizasiya yaratdığı sistemin əbədi olduğunu düşünür və inamlı addımlarla çöküşə doğru irəliləyir".

NASA rəsmiləri hesab edirlər ki, cəmiyyətlər təcili olaraq köklü islahatlar həyata keçirməlidir:

"Əgər həyati əhəmiyyəti olan bu problemlər həll olunmasa, köhnə mədəniyyətlər kimi müasir sivilizasiya da ağır və qəfil yoxoluşa məruz qalacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl ingilis fizik Stiv Hokinq də oxşar açıqlamalarla çıxış etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.