İdman

Rusiya telekanalı: "Bakıdakı "Formula-1" fantastikdir" - VİDEO

24 İyun 2017 09:49
0 Şərh     Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur Matç TV telekanalı beynəlxalq "Formula-1" avtoçempionatının Azərbaycan Qran-Prisi barədə reportajlar hazırlayıb.

Telekanal yarışları canlı yayımda da nümayiş etdirir.

Milli.Az bildirir ki, Matç TV-nin şərhçisi Aleksey Popov Bakıda "Formula-1" trasının unikal olduğunu vurğulayıb: "Bakı yarışa əla hazırlaşıb. Tras unikal, bəlkə də fantastikdir. İçərişəhərdə, Qoşa Qala qapısının yanındakı döngə isə "Formula-1" yarışlarında misli olmayan məqamdır. Belə ki, tələblərə görə, döngənin diametri minimum 8 metr olmalı halda, Bakıda həmin döngə 7 metrlikdir. Bunu "Formula-1" rəhbərliyi Bakı üçün istisna qaydasında tətbiq edir. Çünki dünyanın heç bir yerində "Formula-1" bolidi orta əsrlərdə tikilmiş qala divarlarının yanından keçmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.