İdman

"O, "Barselona"da oynamaq istəyir"

16 İyun 2017 08:40
0 Şərh     Baxış: 693

"Barselona"nın yarımmüdafiəçisi Denis Suarez Ektor Belyerini komanda yoldaşı kimi görmək istəyir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı qolyador onun da katalon klubunda oynamaq arzusunda olduğunu qeyd edib.

"Mən onunla danışmışam. Belyerin "Barselona"ya gəlmək istəyir. Eyni zamanda "Arsenal"la güclü bağlılıq hiss edir. Bu klub ona özünü göstərmək üçün imkan verib. Ektor çətin vəziyyətdədir. "Arsenal" ona güvənib və güclü futbolçu olmasına şərait yaradıb. Qərarı onun özü və klubu qəbul etməlidir. Amma Belyerinin "Barcelona"da oynamasını istəyirəm. O, mənim dostumdur".

Belyerin "La Masia" yetirməsidir. 2011-ci ildə "Arsenal" futbol akaemiyasına gələn 24 yaşlı müdafiəçi 2013-cü ildən əsas komandada çıxış edir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.