İdman

"Bu futbolçuların məşqçisi olduğuma görə fəxr edirəm"

19 May 2017 23:48
0 Şərh     Baxış: 625

Filipp Lam və Xabi Alonso "Bayern Munich"in futbolçusu kimi sonuncu dəfə məşqə çıxıblar. Hər iki ulduz mövsümün sonunda butslarını mismardan asacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Alonso və Lam barədə bunları deyib:

"Alonso və Lamın son məşqi son emosional keçdi. Bu futbolçuların məşqçisi olduğuma görə fəxr edirəm. Məşq başa çatandan sonra bütün komandaya dedim ki, onlara bu mövsüm rəhbərlik etdiyimə görə şadam".

Lam 1995-ci ildən "Bayern"dədir. 33 yaşlı müdafiəçi klubun öz yetirməsidir. Xabi Alonso isə 2014-cü ildə "Real"dan Münhen klubuna transfer edilmişdi.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.