İdman

Azərbaycan daha bir medal qazandı!

12 Sentyabr 2016 18:29
0 Şərh     Baxış: 2 171

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, atletimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala layiq görülmüşdü.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.