İdman

"Özümü Klopp kimi aparmaq istəməzdim"

6 May 2016 14:47
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vilyareal"ın Avrokuboklarda ən yaxşı göstəricisi yarımfinala qədər irəliləməkdir. "Sarı sualtı qayıq" indiyə qədər 4 dəfə buna nail olsa da, heç birində finala vəsiqəni təmin etməyi bacarmayıb. İspan klubunun bu mövsüm Avroliqanın yarımfinalında qarşısını "Liverpul" kəsib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Marselino Qarsiya Toral matçdan sonra bunları deyib:

"Oyun istədiyimiz kimi getmədi. Erkən qol buraxmaq çox ağrılı oldu. Biz çox çalışdıq, amma bu cür pressinq və yüksək templə oynayan rəqibə qarşı mübarizə aparmaq asan deyil. Bəzən qaydalardan kənara da çıxırdılar. "Liverpul" bizdən daha yaxşı oyun göstərsə də, çox qol vəziyyəti yarada bilmədi. Biz hücuma çıxmaq istəyəndə rəqib futbolçularımıza qarşı sərt oynayırdı. Hakimlik obyektiv deyildi. Ən həlledici məqam "Liverpul"un təzyiqi idi. Rəqibin baş məşqçisinə qalanda o necə varsa, elədir. Klopp böyük məşqçidir. Amma komandam qalib gələndə də, uduzanda da sakitliyimi saxlayıram. Onun kimi aparmaq istəməzdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.