İdman

“Qarabağ” sonuncu, Almeyda 4-cü pillədə

28 Noyabr 2015 13:44
2 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasındakı təmsilçilərimizdən "Qarabağ" ən az cərimə zərbəsi qazanan komandadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi geridə qalan 5 turda ümumilikdə 41 dəfə kobudluğa məruz qalıb.

Bu isə 48 komanda arasında ən aşağı göstəricidi. Avropa Liqasındakı digər komandamız "Qəbələ" futbolçuları isə 58 dəfə kobudluqla üzləşiblər. "Qırmızı-qaralar" bu siyahıda 30-cudular.

İlk 5 turda hakimlərin lehinə ən çox cərimə zərbəsi təyin etdiyi komanda "Fiorentina" və "Asteras"dı. Həm İtaliya, həm də Yunanıstan klubu 87 dəfə analoji halla üzləşib.

Hələlik turnirin ən kobud komandası isə "Sparta"dı. Çexiya təmsilçisinin oyunçuları 101 dəfə rəqib futbolçularına qarşı sərt davranıblar. Azərbaycan komandaları bu baxımdan intizamlı olmaları ilə seçilirlər. Hakimlər 66 dəfə "Qəbələ"nin, 57 dəfə isə "Qarabağ"ın əleyhinə cərimə zərbəsi təyin ediblər. Ağdam komandası hazırda ən intizamlı 12 komandadan biridi. Ən az kobudluq edən klub isə 43 dəfə ilə "Mölde"di (Norveç).

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda qrup mərhələsində ən çox ötürmə verən 4-cü futbolçudu. "Sambaçı"nın aktivində 378 "pas" var. O, yalnız "Napoli"nin oyunçuları Mirko Valdifiori (393), Xalidu Kulibali (389) və "Bazel"li Marek Suşidən (381) geri qalır.

Almeydanın ötürmələrindən 329-u ünvana dəqiq çatıb. Bu isə 87 faiz deməkdi. Dəqiq ötürmələrin sayına görə isə braziliyalı 6-cıdı. Bu baxımdan liderlik 376 ötürməsindən 361-i dəqiq olan "Beşiktaş"ın yarımmüdafiəçisi Atiba Hatçinsona məxsusdu.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov isə 254 dəfə ötürmə edib. Bunun 232-də müdafiəçi topu komanda yoldaşına dəqiq göndərə bilib ki, bu da 91 faizilik göstərici deməkdi. Ağdam klubunun digər yarımmüdafiəçisi Qara Qarayev 252 (223-ü dəqiq), sol cinah müdafiəçisi Ansi Aqolli 247 (206-cı dəqiq), yığmamızın daha bir üzvü Bədavi Hüseynov isə 207 (193-ü dəqiq) ötürmə verməyə imkan tapıb.

"Qəbələ"də isə Aleksey Qay hamını qabaqlayır. Ukraynalı yarımmüdafiəçi 5 matçda 136 ötürmə verib ki, bunun 119-u (88%) dəqiq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.