İdman

"Futbol təkcə meydanda yox, kabinetlərdə də oynanır"

26 Avqust 2015 16:51
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Fənərbağça"nı mübarizədən kənarlaşdıran "Şaxtyor" pley-off raundunda iki oyunun nəticəsinə görə Vyana "Rapid"inə qalib gəlməklə qrup mərhələsinə vəsiqəni təmin edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Donetsk klubunun baş məşqçisi Mirça Luçesku fikirlərini media mənsubları ilə bölüşüb.

"Turnirdə yolumuza davam etdiyimiz üçün razıyam. xüsusilə oyunun son dəqiqələrində müdafiədəki səhvlərə görə narazı qaldım. Biz təşkilatlanmış və güclü rəqibə qarşı oynadıq. "Rapid" yaxşı taktika seçmişdi. Bizə qarşı pressinq tətbiq edib müdafiədən çıxmağa imkan verməməyə çalışırdı. Düzdür, biz də 2:2 hesabını qorumağa aludə olub tez-tez qapıçıya ötürmələr verirdik. Demək istəyirəm ki, ən böyük səhvə hakim yol verdi. Qapımıza cərimə zərbəsi təyin olunanda canlı səddin arxasında rəqibin iki futbolçusu durmuşdu. Belə vəziyyətdə oyundan kənar vəziyyət qeydə alınmalı idi. Qurduğumuz əks-hücumlar da məni qane etmədi. Hücumda say üstünlüyü bizim tərəfdə idi. Futbolçularım son ötürmələri dəqiq verə bilmədi. Bu, ona gətirdi ki, matçın sonu həyəcanlı və dramatik alındı. Nəticəyə görə uşaqlara təşəkkür etdim".

Luçesku komandasının Çempionlar Liqasında əsas hədəflərini də açıqlayıb.
"Təəssüf ki, bu turnirdə hədəflər bizdən asılı deyil. Ətrafımızdakı durum heç də həmişə bizim xeyrimizə deyil. "Şaxtyor" öz stadionu və azarkeşlərindən kənarda oynayan komandadır. Futbol təkcə meydanda yox, kabinetlərdə də oynanır. Kimlərinsə nəticəyə böyük marağı olur. Amma sona qədər gedəcəyik. Azarkeşlər əmin olsunlar ki, qrup mərhələsində əlimizdən gələni edəcəyik və onlar bunu dəyərləndirəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.