"Traktor Sazi"yə yalan məlumat verildi - Matçda qəribə hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran xəbər agentlikləri futbol üzrə İran çempionatının final matçının son dəqiqələrində "qəribə hadisələrin" baş verdiyi və "Traktorsazi" komandasına yalan məlumat verildiyini yazırlar.
Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən "Tarktorsazi" ilə Tehranın "Neft" klubunun oyunu 3-3 hesabı ilə başa çatıb.
İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumata görə, oyunun son dəqiqələrində "Traktorsazi" komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə başa çatdırmağa çalışırmış.
"Traktorsazi"yə verilən yalan məlumat eyni zamanda keçirilən "Saypa" və "Sepahan" komandaları arasındakı matçın nəticəsi ilə bağlı olub. "Saypa"nı 2-0 hesabı ilə məğlub edən "Sepahan" İran çempionu olub. Halbuki federasiya məsulları "Traktorsazi" məşqçilərinə Sepahan-Saypa oyununun heç-heçə sonlandığını bildiriblər.
İran Televeziyasına bağlı olan 90TV saytı bu xüsusda belə yazıb:
"Belə bir hadisə, bəlkə, dünyanın heç yerində olmayıb, amma İran futbolunda olub. Oyunun sonunda "Traktorsazi" komandası və tərəfdarlarına deyilib ki, "Saypa"-"Sepahan" oyunu bərabər nəticə ilə sona çatıb və "Traktorsazi" çempiondur. Güya bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib. Amma deyilənlərə görə, "Traktorsazi"nin baş məşqçisi Antonio Oliveyra komandasının çempion olduğunu düşündüyü üçün oyunçulardan geri çəkilib sadəcə nəticəni qorumağa çalışmalarını istəyib".
İSNA-nın məlumatına görə, "matçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib".
90TV saytının yazdığına görə, aldadıldıqlarını öyrənən "Traktorsazi" tərəfdarları qəzəbləniblər, azarkeşlər və polis arasında qarşıdurma baş verib.
Yayılan məlumata görə, qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb.
"Traktorsazi"-"Neft" matçında 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi"nin hücumçusu Andranik Teymuryanın meydandan qovulmasından sonra son 77-81-ci dəqiqələrdə iki qol vurulub və oyun 3-3 hesabı ilə bitib.
Amerikanın Səsi
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
XƏBƏR LENTİ
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar





