İdman

"Azərbaycan dünya idman yarışlarının mərkəzinə çevrilə bilər"

5 May 2015 16:46
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda I Avropa Oyunları kimi iri idman yarışlarının keçirilməsi ölkə haqqında müsbət imicin formalaşmasına müsbət təsir edir". Bunu Trend-ə AFP agentliyinin Almaniya bölməsinin baş redaktoru Daniel Yaan Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində deyib.
 

Onun sözlərinə görə, belə tədbirlər iqtisadi və siyasi baxımdan böyük dividendlər qazandırır: "Almaniya Avropa ailəsinin üzvü kimi Avropa Oyunlarında fəal iştirak edəcək".
 

D.Yaan qeyd edib ki, AFP agentliyi, onun idman bölməsi "AFP Sport" bu iri idman hadisəsini geniş işıqlandıracaq: "Azərbaycanın əsas üstünlüklərindən biri ölkədə zəruri infrastrukturun yaradılması olacaq ki, bu da gələcəkdə digər irimiqyaslı idman tədbirlərinin mərkəzinə çevrilməsinə imkan verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.