İdman

Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru

31 Yanvar 2015 17:31
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli  beynəlxalq reytinq yarışına (2 star ranking class) qatılır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çaparımız 13 mərhələdən ibarət yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb.

O, qarşıda digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu yarış 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün xal qazandırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.