İdman

Reytinq açıqlandı: Azərbaycan 0 xalla sonuncu pillədə

1 Oktyabr 2014 11:16
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Voleybol Konfederasiyası (CEV) kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan üçün uğursuz alınıb.

Belə ki, son 4 ildə komandalarımızın avrokuboklardan kənar qalması reytinq xalımızın 0-a düşməsi ilə nəticələnib. Bu səbəbdən də Azərbaycan cədvəldə xalsızların yer aldığı sonuncu - 35-55-ci yerlərə "şərikdir".
 

Əgər kişi klublarımız yaranarsa və beynəlxalq arenaya çıxmaq "eşqinə" düşərsə, həmin anda yalnız "Çelenc Cup"da 1 komanda ilə təmsil oluna bilərik. Təbii ki, bu da "wild card" sayəsində reallaşacaq. CEV kubokunda və Çempionlar Liqasında oynamağımız isə yaxın illərdə mümkün olmayacaq (ən azı yaxın 2 ildə).
 

Cədvələ Rusiya (435,34) başçılıq edir. İkinci yerdə İtaliya (403,34), üçüncü pillədə Polşa (396,67) qərarlaşıb.
  

Qeyd edək ki, kişilərin reytinq siyahısından fərqli, qadın komandalarımız ölkəmizi 4-cü yerə yüksəldib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.