İdman

“Mançester Yunayted” şokda, Balotelli gülür

21 Sentyabr 2014 20:31
1 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İngiltərə Premyer Liqasında beşinci turun daha iki oyunu keçirilib.

MilliAz qol.az-a istinadəni bildirir ki, "Vest Bromviç" Ceyms Morrissonun 74-cü dəqiqədə vurduğu qol sayəsində səfərdə "Tottenhem"i məğlub edib.

Günün gözlənilməz nəticəsi isə "Lester" - "Mançester Yunayted" oyununda qeydə alınıb. Lui van Qalın başçılıq etdiyi "qırmızı şeytan"la iki dəfə iki top fərqi ilə irəlidə olsa da, hesabı qoruya bilməyib və 3:5 hesabı ilə uduzub.

"Lester" - "Mançester Yunayted" - 5:3

Qollar: Van Persi, 13 (0:1), Anxel di Maria, 16 (0:2), Joze Leonardo Ulloa, 18 (2:1), Ander Hurrera, 57 (1:3), David Nugent, 62-pen. (2:3), Esteban Kambiyasso, 64 (3:3), J.Vard, 79 (4:3), Joze Leonardo Ulloa, 83-pen. (5:3).
 

"Liverpul"un hücumçusu Mario Balotelli bu gün Premyer Liqanın beşinci turunda "Lester"ə 3:5 hesabı ilə uduzan "Mançester Yunayted"i ələ salıb.

Matç bitən kimi, İtaliya millisinin oyunçusu özünün tvitter hesabında "Mançester Yunayted"... möhkəm gülürəm" sözlərini yazıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.