İdman

Dünya çempionu Azərbaycandakı ilk qələbəsindən danışdı

20 Aprel 2014 20:37
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya çempionu Maqnus Karlsen "Shamkir Chess 2014" turnirinin ilk turunda Şəhriyar Məmmədyarov üzərində qazandığı qələbədən danışıb. Apasport.az saytının xəbərinə görə, ağ fiqurla oynayan norveçli qrossmeyster bildirib ki,  taktika seçimi düzgün olub:  "Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə, nəticə vacibdir. İstərdim hər turda uğurlu çıxış edim".

Maqnus Karlsen eyni zamanda Omanda keçdiyi təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındır. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim. Hər şey çox yaxşıdır. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm".

Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: "Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin ona həsr olunması yaxşı haldır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.