Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, püşkü dəyərləndirən təcrübəli mütəxəssis Madrid klubu ilə oyunların çətin keçəcəyini deyib."Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında qarşılacaqları "Real" haqda danışıb
Bildirib ki, rəqibi matçdan əvvəl çox yaxşı təhlil edəcəklər:
""Real"ın "Borussiya" ilə oynadığı matçları izləmişik. İspaniya Kubokunda da Madrid klubunun oyununa baxdıqdan sonra rəqibi təhlil edəcəyik. "Real" və "Borussiya" ən yaxşı əks-hücumlar edən komandalardır".
Qvardiola onu da qeyd edib ki, Ronaldunun "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə iştirak etməyəcəyi açıqlansa da, o, buna inanmır:
"Biz Ronaldu oynayacaqmış kimi hazırlaşacağıq. Onun bu matçda komandasına kömək edəcəyinə inanıram".
Milli.Az





