İdman

"Real"a Ronaldudan ağır xəbər

11 Aprel 2014 12:29
8 Şərh     Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Kriştianu Ronaldunun zədəsi gözləniləndən də ciddidir

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, La Liqada "Real Sosyedad", Çempionlar Liqasında isə "Borussiya" ilə cavab qarşılaşmasında iştirak edə bilməyən portuqaliyalı hücumçunun yaşıl meydanlara dönüşü gecikəcək. Yenidən tibbi müayinədən keçən futbolçunun sol ayaq əzələsində zədə olduğu aşkarlanıb. Ronaldunun ən azı 15 günə sağalacağı bildirilir.

Madrid klubundan verilən açıqlamada onun ayaq əzələsində problem olduğu təsdiqlənib.

Ronaldu böyük ehtimalla İspaniya Kubokunda "Barselona" ilə final matçını və Çempionlar Liqasında yarımfinal qarşılaşmasını buraxmalı olacaq.

Qeyd edək ki, Ronaldu ÇL-in 1/4 finalında "Borussiya" ilə ilk görüşdə zədələnmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.