Milli.Az xəbər portalının EL TV kanalına istinadən verdiyi məlumata əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Sevinc qəsəbəsində sakinlərlə görüşüb.
Açıq mikrofon vasitəsi ilə keçirilən tədbirdə qəsəbədə mövcud olan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Şəhər rəhbərliyi qeyd edib ki, Gəncənin yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Sevinc qəsəbəsində də əhalinin rahatlığı üçün mühüm tədbirlər həyata keçiriləcək. Ancaq buna kimi ilkin problemlərin həlli ilə bağlı verilən tapşırıqların icrasına başlanılacaq. İlk növbədə əsas diqqət yolların əsaslı təmirinə yönələcək. Avtomobillərin rahat hərəkəti üçün yollara asfalt örtüyü salınacaq.
Görüşdə sakinlər onları narahat edən bir sıra çətinlikləri icra başçısının diqqətinə çatdırıblar. Onlar əsasən mavi yanacağın olmamasından və əraziyə marşrut xəttinin yoxluğundan gileyləniblər. Elə yerindəcə verilən tapşırığa əsasən, qəsəbəyə yeni marşrut ayrılıb. Görüşdə qəsəbədə tikilən yeni evlərin qeydiyyatı da diqqət mərkəzində olub. Sakinlər mənzillərinin qeydiyyata alınmamasından şikayətlənərək bu işdə Gəncə şəhər Dövlət Reyestri Xidmətinin rəhbərliyini günahlandırıblar. Bu problemin həllinin də tez bir zamanda aradan qaldırılması ilə bağlı Elmar Vəliyev tapşırıq verib. Belə ki, mənzillər tam qeydiyyata alındıqdan sonra icra başçısına məruzə olunacaq. Digər şikayət və müraciətlər də protokola salınıb.
Qeyd edək ki, Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Sevinc qəsəbəsində sakinlərlə görüşüb
19 Noyabr 2011 14:14
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
ASCO tankerləri ilə daşınmış “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb
-
Bu şəxslər imtahansız universitetə qəbul OLACAQLAR
-
ASAN Xidmət bayram günlərində işləyəcək?
-
Bu müəllimlər hər 5 və ya 7 ildən bir attestasiyadan keçirilməlidir
-
Bu ərazilərdə su KƏSİLƏCƏK
-
Bloger süni intellektlə film hazırlayacaq
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Oğlum Avropa, ya Kanadaya köçəcək"
-
Aleksander-Arnolddan “Siti”yə göz dağı: “Məndən medallarımı almışdılar”
-
“TikTok”la narkotik satan şəxs saxlanıldı - VİDEO
-
Torpaq yemək istəyi nəyin gizli əlamətidir?
-
Zaurun efirinin yerinə bu veriliş YAYIMLANDI
-
ASCO tankerləri ilə daşınmış “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Bu şəxslər imtahansız universitetə qəbul OLACAQLAR
-
ASAN Xidmət bayram günlərində işləyəcək?
-
İran Dubaya raket hücumu etdi - VİDEO
-
Bu müəllimlər hər 5 və ya 7 ildən bir attestasiyadan keçirilməlidir
-
Rüdiger Qvardiolaya hücum edib
-
Bu ərazilərdə su KƏSİLƏCƏK
-
Gənc oğlan evində ölü tapıldı
-
Soyuqlar bitir, istilər gəlir - PROQNOZ
-
İranın kəşfiyyat naziri də ÖLDÜRÜLDÜ?
-
Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək...
-
Gülayın simasındakı dəyişiklik DİQQƏT ÇƏKDİ
-
Laricani görün harda ÖLDÜRÜLÜB
-
Bloger süni intellektlə film hazırlayacaq
-
Bu dəfə 54 nəfər işdən ÇIXARILDI - İcra başçısından kültəvi İXTİSAR
-
"Milan" ulduzunu SATACAQ
-
Bakı Forumu Antalyada keçiriləcək COP31 ərəfəsində praktik iqlim həllərini vurğulayır - FOTO
-
6 ay əvvəl prorektor təyin olunan şəxsə daha yüksək vəzifə VERİLDİ





