Cəmiyyət

İŞİD 100 vəhhabini edam etdi

20 Dekabr 2014 20:12
0 Şərh     Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib.

Milli.Az APA-ya istinadən bildirir ki, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər. Məlumata görə, əcnəbi silahlıların "hərbi xidmətinə" nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.

Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının "hərbi xidmətdən" yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.