Cəmiyyət

Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir - VİDEO

17 Aprel 2017 22:55
2 Şərh     Baxış: 1 416

Xaçmaz şəhər sakini obyektlərin birində fəhlə kimi işləyib, amma 2 ildir ki, pulunu ala bilmir.

Milli.Az bildirir ki, 29 yaşlı Əbülfəz Ağayev Nabran İstirahət Zonasında yerləşən istirahət mərkəzlərinin birinin tikintisində suvaq işini görüb. 2015-ci ilin iyun ayından bəri obyekt sahibindən zəhmət haqqını ala bilmədiyini deyir. Əbülfəz Ağayevin sözlərinə görə, onunla obyekt sahibinin arasında hər hansı rəsmi razılaşma olmayıb. İstirahət Mərkəzinin tikdirən şəxs ona 190 manat versə də, qalan 385 manatı bu günə kimi ala bilmir.
Əbülfəz Ağayevin çalışdığı zamanda iş icraçısı olan Xaçmaz rayonunun Manafoba kənd sakini Elbrus Piriyev isə, obyekt sahibinin onlara verməli pulu ödədiyini qeyd edir. Lakin Əbülfəz Ağayevə obyekt sahibi şəxsən pul verdiyindən iş icraçısına verilən pula daxil edilməyib.
İstirahət mərkəzini tikdirən Surə Salahlı bildirir ki, o sadəcə iş icraçılarına pul verib. İşçilər də əmək haqqını iş icraçılarından alıb.
İş icraçısı isə deyir ki, ona pul verilməyib. Əbülfəz Ağayev isə ortada qalıb.
Pulunu ala bilməyən fəhlə rəsmi sənəd olmadığına görə çarəsiz durumdadır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    F · 18 Aprel 00:3700

    fehlenin pulun keserler haram yemisder.

    Cavab yaz
  • Anonim
    anonim · 18 Aprel 07:3800

    Fehle yaziq deyilmi belkede o pula onun neqeder ehtiyaci var uwaqlarina , ailesine gore bilmir neylesin nece dolandirsin.Iwletmisen puluda vaxtinda verde.Heyatda helede nece qeddar insanlar varmiw.Allah cezasini versin .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.