Cəmiyyət

Spirtli içki qəbul edənlərin dərisi yaşlananda necə olur?

23 Mart 2017 23:50
0 Şərh     Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbul edilən qidaların insanın üzünün dərisinin qocalmasına və formalaşmasına təsir etdiyini bilirdinizmi? Spirtli içki qəbul edənlkərin üzü qocalanda necə olur?

Milli.Az immunitet.az-a istinadən bildirir ki, gündəlik rasionda qəbul edilən qidalar öz təsirini insanın dərisində göstərir. Bir çox insanlar qarşısındakı yaşlı adamın dərisinə baxaraq onun gənclikdə nə ilə qidalandığını təyin edə bilir. Spirtli içki qəbul edənlərin üzü yaşlandıqda aşağıdakı kimi olur:
* gözlərin arasında olan məsafənin dərisi qırmızı olur
* dərinin quruluğu çox olur
* yanaqdakı kapillyarlar şaxələnir
* burun və yanaqlar qırmızı olur
* burula dodaq arasındakı çəkəklik daha da dərinləşir
* dərinin məsamələri genişlənmiş olur
* gözlərin üst qapaqları sallanır
Cavan yaşlarında həddindən çox spirtli içki qəbul edən adamların dərisi öz keyfiyyətini itirir. Buna səbəb isə dəridə kollagenlərin funksiyasının vaxtından tez pozulması səbəb olur. Bu da dərinin elastikliyinin itməsinə və orqanizmin iltihabi xəstəliklərə qarşı meyilliyinin artmasına səbəb olur. Çoxlu miqdar spirtli içki qəbul edən adamların dərisidə kapillyarların funksiyası pozuldlğlna görə dərinin rəngi qırmızıya meyilli olur.
Gənc yaşlarında spirtli içki qəbul edən adamları dərisi yaşlananda ətrafdaklr tərəfindən asanlıqla tanınır. Bu səbəbdən də çalışın içkidən uzaq durun.
Mütəxəssislər həftədə bir qədəh təbii yollarla hazırlanmış şərab içməyin orqnizmə və dəriyə heç bir təsir etmədiyini söyləyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.