Cəmiyyət

Autizm ayıq başla qərar qəbul etməyə kömək edir

21 Mart 2017 11:40
5 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Autistlər heyrətamiz xüsusiyyətə malikdirlər: onlar qəlbin səsi ilə deyil, çox vaxt ağlın mühakiməsi hərəkət edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, autistlər sırf məntiqə əsaslanan qərarlar qəbul edirlər. Ümumiyyətlə, aleksitimiyalı, başqa sözlə desək, "emosional kor" insanlarda emosional komponentin fəaliyyəti dayanıb.

Bəzi hallarda bu aspekt əhəmiyyətli üstünlüklər verir. Məsələn, çətin vəziyyətdə olan belə insan daxili həyəcan hisslərinin onu yanıltmasına imkan vermir. O, öz hərəkətlərində tanıdığı qaydalara və məntiqi nəticələrə əsaslanır. Bəlkə də bu səbəbdən autistlər çox vaxt dəqiq elmlərlə "dostluq edirlər".

Yeri gəlmişkən, əvvəllər sübut edilmişdi ki, autizm yalnız insan beyninə təsir göstərmir. Autizm zamanı ətraflarda, barmaqlarda və bədənin digər hissələrində yerləşən, birbaşa beyinə sensor məlumat ötürən sinirlərdə qüsurlar olur. Buna görə də autizmdən əziyyət çəkən bəzi adamlar toxunmaya həssasdır, həyəcanlıdır, onların sosial münasibətlərində qeyri-adilik müşahidə olunur. Bəzi hallarda bu problemlər periferik sinirlərin zədələnməsi ilə bağlı ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.