Cəmiyyət

Yumurta qabığından harada və necə istifadə etmək olar?

19 Mart 2017 21:45
0 Şərh     Baxış: 3 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika qida sənayesi hər il 150 min ton yumurta qabığının zibilə atıldığını açıqlayıb. Bəs yumurta qabığından harada və necə istifadə etmək olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yumurta qabığı kalsium baxımından çox zəngindir. Tərkibində 95% kalsium-karbonat olur. Bir ədəd yumurtanın qabığında iki qram kalsium var. Ancaq yumurta qabığı qətiyyən çiy istehlak edilməməlidir.
Potensial bakteriyaların ölməsi üçün yumurta qabığını əvvəl qaynatmaq lazımdır. Sonra 200 dərəcə sobada 10-15 dəqiqə bişirilməlidir. Sobadan çıxan yumurta qabığını toz şəklinə gələnə qədər əzin.
Yumurta qabığındakı kalsium qadınlarda qocalma ilə bağlı olaraq yaranan osteoporoz ağrıları və sümük yumşalmasını azaldır. Üyüdülmüş yumurta qabıqları unun içinə qarışdırıla bilər. Un, çörək, makaron və pizza hazırlanmasında üstünlük verilir.
 
Ancaq diqqət edilməli olan bir məsələ də kalsiumun azının və çoxunun zərərli olmasıdır.
Sağlam bir gəncin gündəlik kalsium ehtiyacı 1 qramdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.