Cəmiyyət

Soyuqdəymədən qorunmaq üçün 5 ərzaq

27 Sentyabr 2016 07:21
1 Şərh     Baxış: 2 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız fəslinin gəlişi ilə əlaqədar olaraq immun sistemini artırmaq,  soyuqdəymə və qripdən qorunmaq məsələsi gündəmə gəlir.

Milli.Az deyerler.org-a istinadən fəsil xəstəliklərinin öhdəsindən gəlmək üçün yardımı dəyə biləcək 5 ərzaq növünü adını açıqlayır.

1. Sarımsaq - immun sistemini gücləndirir və təbii antibiotik hesab edilir. Özündə xərçəngə, iltihaba qarşı və immun sistemlərinin inkişafına yardım edən xüsusiyyətlərə malikdir. Sarımsağın iyli və uçucu olan maddələri (fetonsidlər) xəstəlik yayıcı bakteriyaları məhv edir. Bu möcüzəvi tərəvəz qrip xəstəliyi ilə mübarizədə əla silahdır. Onun yalnız bir mənfi xüsusiyyəti var ki, o da iyidir. Bunun da öhdəsindən dişləri fırçalamaqla gəlmək olar.

2. Limon - Azərbaycanda limonlu çay içməyi sevənlər çoxdur. Lakin, sən demə, yüksək temperaturda sitrus meyvələrinin xeyirli xassələri məhv olur. Bu baxımdan limonu çay içərkən dişləyib yemək məsləhət görülür. Limonu ət maşınından keçirərək, bal ilə qatdıqda immun sisteminin inkişafı üçün əla bir vasitə alına bilər. Bu qatqıdan isə gündə iki dəfə istifadə etmək lazımdır.

3. Bal - müalicəvi xassələrə malik olmasını çoxdan təsdiq edib. Lakin bal o zaman xeyirlidir ki, istifadə edənin allergiyası olmasın. Bal maddələr mübadiləsini yaxşılaşdırır, bakteriyalara qarşı, anti-iltihab və tonus qaldırıcı xüsusiyyətlərə malikdir.

4. Zəncəfil kökü - bakteriyalara qarşı məhvedici xüsusiyyətlərinə görə sarımsaqdan çox azca dala qalsa da, iştahaaçan və həzm prosesini yüngülləşdirən xassələrə malikdir. Zəncəfil müxtəlif yeməklərə ədava kimi və ya çay içərkən bal və ya limonla birgə içmək tövsiyə edilir.

5. Qatıq - bu məhsul sümük və həzm sistemini möhkəmlədir. Qan dövranına  kömək edir. İmmun sisteminin möhkəmləndirilməsi üçün təzə və saxlanma müddəti çox az olan qatıqdan istifadə etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.