Cəmiyyət

Mənim sadiq yarım...

28 May 2016 19:10
1 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O halda sizdən hər biriniz dost seçdiyiniz adama diqqət etsin! Pis dostdan uzaq durun!

Milli.Az zaman.az-a istinadən bildirir ki, çünki adınız onunla birlikdə tanınar! Ancaq həqiqi möminlərlə dost olun! İkiüzlü ilə dostluq qurmayın! Ondan pis xasiyyətini götürərsən! İnsan ancaq sevdiyi və münasibət qurduğu ilə birlikdə olur!"
Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bizə düşmənlərimizi göstərir və onlardan qorunmağı tövsiyə edir: şeytan, nəfs, pis dostlar və dünyanın aldadıcı cazibəsi.
Nə düşünürsünüz, başımıza gələn bütün bəlalar bu dörd düşməndən gəlmirmi?
***
Tənha bir qarı varmış, əri ölmüş, övladları da böyüyüb, ayrılıb getmiş. Qonum-qonşular məzəmmət edirlər:
- Bir çətən oğul-uşaq böyütdün, yemədin, onlara yedirdin, geymədin, onlara geydirdin, atalı-analılardan daha firavan, daha bəxtəvər saxladın, birinin də gözünə kədər qondurmadın, amma indi biri də yanında deyil ki, hay deyəndə hayına yetişsinlər. Niyə çağırıb tənbəh eləmirsən, "haqqımı qaytarın" demirsən?
Yüngülcə bir təbəssümlə cavab verir qarı:
- Mən onlara borc vermədim ki... Mən kimsəyə borc vermədim, boynuma düşən borc nəydisə, onu yerinə yetirdim. Allah mənə övladlar verdi, mən də Allahın verdiyi övladları böyütdüm. Allahın boynuma qoyduğu analıq vəzifəsini yerinə yetirdim, gələcəyim üçün övadlarıma borc vermədim ki.. Mən neylədimsə, Allah qarşısında borcumu yerinə yetirmək üçün elədim. Sizdən də bir təmənnam yoxdur, kimsə mənə bir yaxşılıq edəcəksə, əvvəlcə Allahın rəğbətini, məmnuniyyətini düşünsün, əgər uyğundursa, onu qazanmaq üçün eləsin. Yoxsa kimsədən zərrə qədər də minnət qəbul etmərəm.
***
Allah-Taala Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verib: Allahın rənginə boyanın! Allahın ipinə sarılın! Əlbəttə, eyni rəngə boyanmışlar, eyni ipə sarılmışlar, eyni səmtə yönəlmişlər, bir-birini asanlıqla seçər və asanlıqla da başa düşərlər. Eyni ipə sarılmışlar bir-birinə dəstək verər, kömək olarlar. Eyni atmosferdə, eyni iqlimdə yaşayanlar bir-birinin xeyrini, mənfəətini arzulayarlar.
Bizdən istənən dostluq budur. Bizdən gözlənən səmimiyyət bir-birimizə qarşı təmənnasızlıqdır. Təmənna ancaq Allahdan olar. Bütün münasibətlərimizin təməlində bu prinsip dayanmalıdır.
***
Həzrəti Əli (Allah ondan razı olsun!) buyurur ki, uşaq valideynlərindən çox öz zəmanəsinə bənzəyir. Əgər bu gün həyət-bacada, küçədə əxlaqı pozulmuş, hər cür fitnə-fəsada bulaşmış insanlar hər addımbaşı qarşınıza çıxırsa, demək, daha diqqətli olmaq lazımdır. Ən böyük sərvət əxlaqdır, əgər bu gün o sərvətimizə ən müxtəlif istiqamətlərdən hücumlar gəlirsə, insan söykənə biləcəyi, dərdini deyib, sirrini aça biləcəyi adamlar axtarmalıdır. Bir şair gileylənir:
Dörd tərəfim adamdır,
Kimə deyim dərdimi?
Görünür çoxluq içində təklik heç də olmayan şey deyil. Amma bir həqiqət də var ki, Allahını tanıyan insan tək qala, tərk edilə bilər, amma tənha olmaz, çünki başının üstündə Allahı var.
***
Çoxumuz özümüzdən xəbərsizik, Avropanın yalan fəlsəfəsi ilə yetişmiş insanlara qibtə edirik.
Ən gözəl görüntü bəzən ən böyük yalana çevrilir. Bizim qibtə ilə baxdığımız o insanların çoxu öz həyatını haram prinsiplər üzərində quranlardır.
Amma bu da gerçəkdir ki, biz örnək bir müsəlman obrazını ətrafımızda görə bilmirik. Görə, tanıya bilmirik ki, hər qayğımızı, problemimizi onunla paylaşaq, qəlbimiz qübar eləyəndə, gözümüz yaşla dolanda başımızı ətəyinə qoyub hönkürək. Etimad, güvən əskikliyi var aramızda.
Dostu, dostluğu, gözəli, gözəlliyi dağların o üzündə axtarırıq, uzaqda bilirik. Yanımıza, yanımızdakına baxmaq ağlımıza da gəlmir çox zaman. Özümüzünkünün görüntüsündə qüsur var nəsə. Nəsə birtəhər görünür gözümüzə, tutumu, mahiyyəti gözəl olsa belə. Bilirsinizmi niyə? - Çünki gözümüz dağların, sərhədlərin, qitələrin o üzündəkilərə zillənib. Sevirik, çox şeyimizi fəda edirik, sonra da Aşıq Veysəl kimi "Dost, dost deyib neçəsinə sarıldım, Mənim sadiq yarım qara topraqdır",-deyirik.
Kiminlə oturub, kiminlə durduğumuza, kimə nə verib, kimdən nə aldığımıza, kiminlə zaman keçirdiyimizə fikir verməliyik. Unutmayaq ki, təkcə xəstəliklər deyil, xarakterlər də yoluxucu olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.