Heydər Əliyevin ildönümü münasibəti ilə Binəqədidə ümumrayon iməciliyi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib. Ulu öndərin doğum günü münasibəti ilə hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan olub. Gül bayramı ilə əlaqədar may ayının 7-dən başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməciliklər təşkil olunub. Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, 50 mindən çox gül və bəzək kolları əkilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramında təbii güllər və çiçəklərdən müxtəlif növ kompozisiyalar hazırlanıb. Eyni zamanda müxtəlif gülləri və çiçəkləri ifadə edən, al-əlvan geyimlərdəki körpələrin aksiyalarda iştirakı rayon sakinlərində xoş ovqat yaradıb.
Milli.Az bildirir ki, 10 may tarixində Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin ətrafında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyaya İcra Hakimiyyəti Aparatı, YAP rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunub. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da iştirak etdiyi tədbirdə 1500-dən çox Eldar Şamı və digər yerli iqliməuyğun ağac tingləri əkilib. Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var
-
Partlayışda xəsarət alan həkim barədə dostu danışdı: Yeganə həkimdir ki... - VİDEO
-
Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız
-
Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi - VİDEO
-
Qənirə Ataşova oğlunu evdən qovub - FOTO
-
Bayraməli Bayramov vəfat etdi
XƏBƏR LENTİ
-
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq
-
Narsisizm irsən keçir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
-
DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var
-
Ennio Morriconenin məşhur “Chi Mai” əsəri videoçarx formatında tamaşaçılara təqdim olunub – VİDEO - FOTO
-
Manatla bağlı dəyişiklik qiymətlərə necə təsir edəcək?
-
Çiçəklər olan suya bunu atın - İNANMAYACAQSINIZ
-
Partlayışda xəsarət alan həkim barədə dostu danışdı: Yeganə həkimdir ki... - VİDEO
-
Tedeskonun qovulma səbəbi bəlli oldu
-
Balakəndə ağır qəza - sürücü öldü
-
Bənzərlik qarşısında Cem Yılmaz da səssiz qala bilmədi - FOTO
-
Dünya nəhəngindən Barış Alper bombası
-
Evdə darçın yandıranlar nəticəyə inana bilmirlər
-
Məşhurluğu atıb kənd həyatını seçdi: Nə elektrik var, nə də telefon - FOTO
-
Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız
-
Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi - VİDEO
-
Qənirə Ataşova oğlunu evdən qovub - FOTO
-
Bayraməli Bayramov vəfat etdi
-
"İrandakı müharibə artıq başa çatıb"
-
Arzu Əliyeva və Alena Əliyeva “Tağıyev: Məktəb” bədii filminin təqdimatında iştirak ediblər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Vüqar Hüseynova yeni vəzifə verildi
-
Azərbaycanda II “Opera Günləri” keçiriləcək
-
Aygün Kazımovanın səhhəti pisləşdi





